Bloq / Press


Kənd təsərrüfatında ən gəlirli sahələr

Kənd təsərrüfatında ən gəlirli sahələr
Dünya son zamanlar daha sürətli dəyişir. Bu dəyişiklikdə qloballaşma və rəqəmsal texnologiyaların böyük rolu var. Texnologiya sürətlə işçi qüvvəsini əvəz edir. Hətta zəng mərkəzində xidmət edənlər insanlar deyil, kompüterlər müştərilərlə işləyir. Dövlətlər xərclərini azaltmağa doğru gedir.
Lakin araşdırmalar göstərir ki, bəzi iqtisadi sahələrin yox olduğu bir vaxtda kənd təsərrüfatı sahələri daha da böyüyür, inkişaf edir. Kənd təsərrüfatı məhsullarına tələbat günü-gündən artır.
Həmişə yüksək təlabat olan sahələrdən biri olan kənd təsərrüfatı sektoru əvvəlki kimi aşağı gəlir yox, yüksək gəlir vəd edir. Belə ki, ölkələrin texnoloji inkişafı nəticəsində kənd təsərrüfatı istehsalı azalır. Ona görə kənd təsərrüfatı məhsullarının qiymətləri artır. Bu, sözügedən sahənin gəlirlilik dərəcələrini artırır. Bu sektorda yerinizi tutaraq yüksək qazanc əldə edə bilərsiniz.
İlk olaraq yetişdirə biləcəyiniz kənd təsərrüfatı məhsullarını nəzərdən keçirməlisiniz. Daha sonra onlara uyğun yetişdirmə üsulu və ərazi seçimini. Torpaq əkinçiliyi, torpaqsız əkinçilik, susuz əkinçilik, orqanik əkinçilik kimi kənd təsərrüfat növləri aktiv inkişafdadır. Əlbətdə ki, bunlardan fərqli metodlar da var. Ancaq sadaladığımız üsullar müasir kənd təsərrüfatı üsullarını təşkil edir və gələcək üçün ən gəlirli sektor bunlardır.
 
Torpaqda əkinçilik:
Torpaqda əkinçilik keçmiş əkinçilik üsulları həyata keçilir. Gübrələmə, dərmanlama, suvarma və keyfiyyətli seçilmiş toxumlar olmadan planlanmamış bir şəkildə həyata keçirilir, əkilən torpaq və toxumlar analiz edilmədən becərilir. İqlim şəraitindən asılıdır və məhsuldarlığı çox aşağıdır. Buna ibtidai kənd təsərrüfatı da deyə bilərik. Əkinçilik növü olaraq iş qurmaq üçün məsləhət deyil.

Torpaqsız əkinçilik:
NASA tərəfindən hazırlanan kosmosda böyüyən bitkilərə əsaslanan bir sistemdir. Artıq bu üsulla istehsal evlərdə və böyük istixana sahələrində həyata keçirilə bilir. Başqa bir adı suda əkinçilikdir. Suvarma kimi bir problem yoxdur. Torpaqsız əkinçilik üçün ehtiyacınız bitkinin saxlaya biləcəyi yerüstü platforma, su və mineraldır. Bu üsulla, hətta evinizdə də torpaqsız əkinçiliklə məşğul ola və yüksək məhsuldarlıq əldə edə bilərsiniz.

Susuz əkinçilik:
Qlobal istiləşməyə qarşı tapılmış bir üsuldur. Susuz əkinçilik indiki vaxtda o qədər də məşhur deyil və yeni tapılmış bir üsuldur. Tərəvəzçilikdə istifadə olunan bir vasitədir. Xüsusilə pomidor becərilməsində səmərəli nəticələr göstərir. Belə üsulla pomidor becərilməsində suvarma və bol sulu kanal kimi bir dərdiniz olmur, məhsul distillə üsulu ilə suvarılır.
Türkiyə təcrübəsinə əsasən bu üsullardan ən çox torpaqda və torpaqsız əkinçilik geniş yayılıb və yüksək nəticələr göstərməkdədir.
Baxış: 6916


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar