Bloq / Press


Kənd təsərrüfatının inkişafında müasir fermerin rolu

Kənd təsərrüfatının inkişafında müasir fermerin rolu

Azərbaycan kənd təsərrüfatı sektoru ölkə iqtisadiyyatında mühüm rol oynamağa davam edir. Fermerlər isə bu sahənin ürəyidir və onlar yalnız torpaqla deyil, həm də texnologiya, bilik və bacarıqla çalışırlar. Son illərdə kənd təsərrüfatının inkişafında əhəmiyyətli irəliləyişlər müşahidə olunsa da, müasir azərbaycanlı fermerin qarşısında bir sıra yeni tələblər dayanır. Bu yazıda müasir fermerin fəaliyyətinə, qarşılaşdığı çətinliklərə və həm də qazandığı uğurlara nəzər yetirəcəyik.

 

Fermerlər hansı inkişaf mərhələlərindən keçiblər?

 

Keçmişdə fermerlər əsasən torpaqda əkinçiliklə məşğul olur, məhsullarını sadə üsullarla yetişdirir və bazara çıxarırdılar. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Müasir azərbaycanlı fermer yalnız əkinçilik və heyvandarlıqla kifayətlənmir, həm də texnologiya və innovasiyalardan istifadə edərək daha səmərəli və gəlirli işlər görür. Onlar öz sahələrini daha yaxşı idarə etmək, məhsuldarlığı artırmaq və bazar tələblərinə uyğun məhsullar istehsal etmək üçün çox çalışırlar.

Ənənəvi üsullar artıq əvəzlənir, müasir fermerlər yeni texnologiyalardan faydalanır. Bu onlara məhsullarını daha sürətli, effektiv və keyfiyyətli yetişdirməyə kömək edir. Kənd təsərrüfatında texnologiyanın tətbiqi, həmçinin vaxt və əmək resurslarının optimallaşdırılmasına imkan yaradır. Fermerlər artıq yeni kənd təsərrüfatı texnikaları, avtomatlaşdırılmış suvarma sistemləri və texniki avadanlıqlardan istifadə edərək işlərini daha da asanlaşdırır. Bu dəyişikliklər müasir fermerlərin bazar şərtlərinə uyğunlaşmasını təmin edir və onların daha rəqabətqabiliyyətli olmasına şərait yaradır.

 

Yeni texnologiyalar və müasir fermer münasibətləri necədir?

 

Müasir fermerlər texnologiyanı yalnız məhsuldarlığı artırmaq üçün deyil, həm də məhsullarının keyfiyyətini yaxşılaşdırmaq, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq, eləcə də əkin sahələrinin idarə edilməsini asanlaşdırmaq üçün də istifadə edirlər. Məsələn, dronlar vasitəsilə əkin sahələrinin monitorinqi, torpağın analizini aparmaq və torpağa ehtiyac duyulan gübrəni düzgün şəkildə tətbiq etmək artıq adi hal alıb. Bununla yanaşı, müasir proqramlar və proqramlaşdırılmış avadanlıqlar fermerlərə məhsulun suvarılmasını optimallaşdırmağa, torpağın nəm səviyyəsini izləməyə və hətta vaxtında pestisid tətbiq etməyə imkan verir.

 

Bu gün dövlətin aqrar sahəyə dəstəyi sadəcə müxtəlif güzəştləri və gətirilən yeni texnikalarla məhdudlaşmır, həmçinin fermerlərə yeni rəqəmsal həllər təklif olunur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanıda kosmik agentlik olan “Azərkosmos” müxtəlif sektorlarda məhsuldarlığı və səmərəliliyi artıran innovativ məhsullar təqdim edir.

 

Bu məhsullar istifadəçilərə işlərini effektiv idarə və məhsulları rahat iteqrasiya etməyə kömək edir. “Azərkosmos”un fermerlər üçün təqdim etdiyi məhsul “FarmerApp” tətbiqidir. Bu tətbiq peyk görüntüləri və qabaqcıl analitika vasitəsilə təsərrüfatın məhsuldarlığını artıran rəqəmsal alətdir. Tətbiq fermerləri məhsulun böyümə mərhələləri haqqında məlumatlandırır və təcrübələrini optimallaşdırmaq üçün təkliflər təqdim edir. Resurs istifadəsini optimallaşdırmaqla xərcləri azalır və hava dəyşikliklərinə bildirişlərlə vaxtında hazırlaşılır.

 

Həmçinin müasir traktorlarda mövcud olan GPS funksiyası dəqiq əkinçiliyə xidmət edir. “Power Command” transmissiyalı sürətlər qutusu isə sürət keçidlərini mufta pedalına basmadan düymələr vasitəsilə yerinə yetirir. Bütövlükdə, bu özəlliklər operatorun komfortunu yüksəldir, zəhmətsiz sürüşü təmin edir. Electro Command™” transmissiyalı yarıgücləndirilmiş dəyişdirilməli ötürmələr qutusu sürət pillələrini dəyişən əl dəstəyindəki düymələr və ya yan konsoldakı düymələr vasitəsilə seçməyə imkan verir. Bu transmissiyalı traktorlarda standart olaraq quraşdırılan “IntelliShift™” sistemi ötürmələr qutusunun keyfiyyətini yaxşılaşdırır və ötürmə yükünü, sürəti və sürətlər qutusunda yağın temperaturunu izləyir, hamar və düzgün ötürmə dəyişikliyini təmin edir. Dünyaca məşhur “New Holland” traktorlarının bu özəlliklərə malik modelləri mövcuddur.

“Ağıllı kənd təsərrüfatı”nda məqsəd kənd təsərrüfatının idarəedilməsi və inkişafında müasir texnolgiyalarla innovativ həllərə nail olmaqdır. Bu model, həmçinin həm məhsuldarlığın artmasına, həm də qiymətlərin rəqabətqabiliyyətli olmasına imkan verir. “Ağıllı kənd təsərrüfatı” fermerlər tərəfindən daha səmərəli qərarların qəbul edilməsi, dəqiq idarəçilik, resursların qənaətli istifadəsi və bu kimi digər amilləri özündə birləşdirir və texnoloji sahələrlə sıx bağlıdır.

 

Aqrotexnikalarla bağlı təlimlər nə üçün vacibdir?

 

Fermerlər üçün yalnız təcrübə deyil, həm də bilik vacibdir. Yeni texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və bazar tələblərinə uyğunlaşma kimi məsələlərdə doğru məlumat və təhsil böyük rol oynayır. Müasir azərbaycanlı fermerlər yalnız praktiki biliklərə sahib olmaqla kifayətlənmir, həm də nəzəri bilikləri mənimsəyərək daha peşəkar və məhsuldar bir şəkildə fəaliyyət göstərirlər. Dövlət və qeyri-dövlət sektorları tərəfindən təşkil edilən təlimlər, seminarlar və kurslar fermerlərə kənd təsərrüfatı sahəsində ən son yeniliklərdən xəbərdar olmaq və öz işlərini müasir dövrə uyğun qurmaq imkanı verir. Ölkəmizdə aqrotexnika satışı həyata keçirən bir sıra şirkətlər mexanizatorlar üçün texnikalarla bağlı təlimlər təşkil edirlər.

 

Fermerlər müntəzəm olaraq yerli və beynəlxalq təcrübələri öyrənir, innovativ metodlar və yeni məhsul növləri barədə məlumatlar əldə edirlər. Bu onların daha da rəqabətədavamlı olmasına, hətta xarici bazarlarda da öz yerlərini tapmalarına şərait yaradır.

Həmçinin dünya praktikasında fermerlər artıq məhsullarını yalnız yerli bazara deyil, həm də xarici bazarlara çıxarmaq üçün müxtəlif elektron ticarət platformalarından istifadə edirlər. Elektron ticarət vasitəsilə satıcılar müştəriləri birbaşa tapmaq və məhsul satışını sürətləndirmək imkanı əldə edirlər. Nəticədə, müasir fermerlər artıq ənənəvi ticarət üsullarından daha sürətli və effektiv şəkildə gəlir əldə edə bilirlər.

 

Fermerlər hansı çətinliklərlə qarşılaşırlar?

Müasir fermerin qarşısında bir neçə çətinlik də mövcuddur. Ən böyük çətinliklərdən biri iqlim dəyişiklikləridir. Azərbaycan kimi əkinçilik üçün əlverişli coğrafi mövqeyə malik bir ölkədə iqlim dəyişikliyi əkin sahələrinin məhsuldarlığını və keyfiyyətini ciddi şəkildə təsir edə bilər. Yağışsız dövrlər, temperatur dalğalanmaları və digər hava şəraiti dəyişiklikləri fermerlərin işini çətinləşdirir. Bu səbəbdən suvarma sistemlərinin inkişafı və effektiv istifadəsi çox vacibdir.

Bundan başqa, su ehtiyatlarının azalması da mühüm problemdir. Suvarma sistemləri və suyun səmərəli istifadəsi məsələsi fermerlərin qarşısında duran ciddi problemlərdən biridir. Azərbaycanda kənd təsərrüfatı sahəsində suvarma məsələsi daha da aktualdır. Müasir suvarma sistemləri bu problemlə mübarizədə çox effektiv vasitədir.

 

Müasir azərbaycanlı fermerin uğurunu yalnız texnologiya və innovasiyalardan istifadə etməsi deyil, həm də bu çətinliklərlə mübarizə aparma qabiliyyəti müəyyənləşdirir. Onlar torpağa olan sevgilərini, zəhmətlərini və biliklərini hər gün daha da təkmilləşdirirlər. Bu gün Azərbaycan kənd təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi, həm yerli, həm də beynəlxalq bazarda yüksək rəqabət qabiliyyətinə malik məhsullar istehsal etməyə imkan verir. Fermerlər ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, iqtisadiyyatın inkişafında mühüm rol oynayırlar və onların qarşısında daha da böyük imkanlar açılır.

Müasir fermerlər, təsərrüfatınıza uyğun yenilikdə və son texnologiya traktorları və aqreqatları “Prior”dan BİR-BİRİNDƏN SƏRFƏLİ şərtlərlə əldə edin.

Baxış: 1582


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar