Bloq / Press


Lovol sahə günü

Lovol sahə günü

"Prior Leasing" ASC 20 avqust 2021-ci tarixində Ağdaş rayonunun Ərəbocağı kəndində "Lovol sahə günü" tədbiri keçirmişdir. Tədbirdə Lovol 1304, Lovol 904, Lovol 754 və Lovol 504 traktorlarının sahədə müxtəlif aqreqatlardan istifadə olunaraq işlənilməsi nümayiş olunmuşdur. Traktorların mühərrik gücünə uyğun olaraq Masciho Gaspardo Umico XS dönərli kotan, Şakalak toxumsəpən, Maschio Gaspardo diskli mala, Maschio Gaspardo Pinnochio riper, Parlayan dərmansəpən, Maschio Gaspardo 4 korpuslu kotan, Maschio Gaspardo SLC 360 toxumsəpən, Maschio Gaspardo gübrəsəpən  aqreqatlarından istifadə olunmuşdur.

Tədbirdə Azərbaycanın fərqli bölgələrindən yüzdən çox fermer və sahibkar iştirak etmişdir. İştirakçılar şum prosesi ilə yaxından tanış olmuş, öz təcrübələrini bölüşmüş və traktorları sahədə test etmişdirlər.

Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim edilmişdir: 

 

Baxış: 2534


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar