Bloq / Press


Lovol universal traktorları

Lovol universal traktorları

Bildiyiniz kimi ilk traktorlar 1892-ci ildə ABŞ-də istehsal edilmişdir. Düzdür bu traktorlar ilk vaxtlarda avtomobildən elə də fərqlənmirdi, amma böyük təkər və ağır metalına görə bir çox çətin keçiləsi sahələrdə istifadə edilə bilməsilə qısa zamanda populyarlıq qazanmışdı. Traktorların kütləvi istehsalı isə XX əsrin 30-cü illərindən okeanın bu tayında-Sovet ərazilərində baş tutdu. O dövrün kənd təsərrüfatına olan ehtiyacına görə Sovetlər birliyində traktor mühim əhəmiyyət kəsb edirdi. Məhz elə bu dövrdən də traktorların istifadəsinə görə şərqlə qərb arasında qəribə mental fərqlilik formalaşmağa başladı. Qərbdə ferma sahibləri fərdi istehsal ilə məşğul olduğu üçün traktorlar fərdiləşdiyi halda, şərqdə kollektiv əmək və “sovxoz” təsərrüfatına görə ümumiləşirdi. Məhz bu üzdən də şərq adamına traktor sahibi olmaq əlçatmaz görünürdü. İstər qiymət , istərsə də texniki qulluq və ehtiyat hissələri baxımından traktor sahibi olmaq hər bir fermer üçün bir uzaq xəyal kimi qalırdı. Son dövrlərdə istehsalın genişlənməşi, istehsalatda intensiv və ekstensiv probasiyaların bir-birini əvəz etməsi sayəsində ölkəmizdə də traktorların ehtiyac meyarı olduqca yüksəlmişdi. Hal-hazırda Azərbaycan bazarında Belarusiya istehsalı traktorların payı çox olsa da (sovetdənqalma mentalitet sayəsində) , Çin istehsalı Lovol traktorları ciddi rəqib kimi bazarı ələ almaqdadır. Bu gün Şimali Amerika, Avropa və Asiya ölkələrində satış həcminə görə ilk pillədə olan, 1946-cı ildə əsası  Çində qoyulan Wei-Chai Group, 1998-ci ildən kənd təsərrüfatı sahəsinə aid  texnikalar istehsal etməyə başladı. Lovol markasının yaradılması da məhz o vaxtdan başlayır.  Xüsusən də 2002-ci ildən etibarən Avropalı mühəndislər tərəfindən yenidən dizayn edilən Lovol traktorları bu gün dünya bazarında ən çox tələb olunan kənd təsərrüfatı texnikasıdır. İlk başlarda Çində istehsal edildiyinə görə Avropa və Amerika bazarlarına girməyə çətinlik çəksə də, zaman-zaman fərdi istifadəçilər tərəfindən münasib qiymətinə görə kəşf edilən Lovol traktorları alıcıların rəğbətini qazanmağa başlayır.

Bu çoxfunksiyalı traktorların böyük gücü, yüksək keyfiyyətlə hazırlanan polad korpusu, enerji qənaəti, sürəti, manevr etmə qabiliyyəti, kabinanın komfortu, o cümlədən kabinada hər fəslə görə tənzimlənən kondisionerin olması fermerlərin diqqətindən yayınmır. 2016-cı ildə təsadüfən iki polyak fermer- Kuleb və Aleksandrın Belarus və Lovol traktorlarını yarışdırıb öz Youtube kanallarına yerləşdirilməsindən sonra, qısa zaman içində Lovol markası Avropa məkanında brendə çevrilir.  

Məhz bundan sonra da Azərbaycan bazarında digər traktor modellərinə rəqib olan bu “Made in Chine”  fermerlərin sevimli dostuna çevrilməyə başlayır.

 Lovol traktorlarının istehsalında əsas iki növ diqqəti çəkir. Bağ üçün olan və universal traktorlar. Adından məlum olduğu kimi bağ üçün olan traktorlar bağçılıqda istifadə üçün nəzərdə tutulsa da, universal traktorlar isə hər bir şəraitdə işləmək üçün hazırlanıb.

6 mühərrikli, 130 at gücünə malik universal Lovol 1304 modelinin texniki xarakteristikası olduqca möhtəşəmdir.  Hidravlik əyləc sistemindən kondisionerə kimi hər bir detal müasir formada dizayn edilib. 16 irəli+ 8 geri ötürmə qutusu, 6 hidravlik çıxış nöqtəsi, dəqiqədə 1000 dövr edən quyruq mili, ən əsası isə komfort kabin sayəsində  Lovol 1304 modeli hər kəsin rəğbətini qazanıb. 

 Məhz buna görə də , həm keyfiyyətinə, həm qiymətin münasibliyinə görə bu gün, Azərbaycanın dörd bir yanında fermerlərin ən sevimli dostuna çevrilib Lovol traktorları.

Baxış: 5708


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar