Bloq / Press


Pambıq təsərrüfatınıza Avropa gücü gəlir!

Saatlıda qlobal və yerli bazarda öz üstünlüyü ilə seçilən italiyan brendi “Landini” markasının yeni “Super DT 110 HC” versiyasının təqdimatı həyata keçirilib. Təqdimatda qeyd olunub ki, sadə dizaynı və mükəmməl performansı ilə fərqlənən yeni model traktorun yerdən oxa qədər olan hündürlüyü və təkərlərinin eyni ölçüdə olması ilə seçilir. Yerdən oxa qədər olan hündürlük bitkinin becərilməsində, onun vegetasiya dövrü ərzində zərərverici və xəstəliklərlə mübarizəsində, təkərlərinin eyni ölçüdə olması isə bitkinin tələb etdiyi kultivasiya və kök gübrələnmə zamanı aqrotexniki xidmətlərin daha rahat həyata keçirilməsində xüsusi rol oynayır. “Prior Leasing” şirkətinin baş direktor müavini Fərrux Süleymanov açıqlamasında bildirib ki, “Landini Super DT 110 HC” modeli əlavə olaraq çəkisi, ön yükləri və yüklqaldırma qabiliyyəti, 4X4 təkər formulu ilə sinfinin təkrarolunmazıdır: “Bu xüsusiyyətlər traktora daha irihəcmli dərmanlama və kultivasiya aqreqatlarını işlədə bilməsinə imkan yaradır. “Super DT 110 HC” həmçinin kriper mexanizmi ilə də təchiz olunmuşdur. Bu da texnikanın aşağı sürətlərdə gücünün maksimum dərəcədə istifadəsini təmin edir.” Tədbir rəsmi təqdimat hissəsindən sonra açıq sahədə “Landini Super DT 110 HC” traktorunun işləmə prinsipinin canlı nümayişi ilə davam edib. Onu da qeyd edək ki, “Landini Super DT 110 HC” modelini 40 faiz dövlət subsidiyası, faizsiz və sərfəli lizinq şərtləri ilə “Prior Leasing”dən əldə edə bilərsiniz.

Baxış: 353


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar