Bloq / Press


Prior innovasiya festivalında iştirak edib

Prior innovasiya festivalında iştirak edib

2 fevral 2022-ci il tarixində Quba rayonunda Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilin ilk innovasiya festivalı keçirilmişdir.

Tədbirdə intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalarla əldə olunan əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, alternativ yem bitkiləri kimi innovativ məhsul və avadanlıqların təqdimatı olub. Həmçinin, 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnologiyalarını nümayiş etdirib.

Prior Leasing tərəfindən təqdim olunmuş texnikalar ziyarətçilərin böyük marağına səbəb olmuş və əməkdaşlarımız texnikaların işləmə prinsipi, onların güzəştli lizinq şərtlərilə əldə edilməsi barədə ətraflı məlumatları fermerlərə çatdırmışlar.

Baxış: 2360


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar