Bloq / Press


“Prior Leasing” fermerləri müasir bağçılıq texnikaları ilə tanış edib

“Prior Leasing” fermerləri müasir bağçılıq texnikaları ilə tanış edib

“Yeni texnoloji avadanlıqlardan istifadə fermer əməyini yüngülləşdirir, məhsuldarlığı artırır, müasir standartlara uyğun məhsul istehsal etməyə imkan verir. Dövlətin kənd təsərrüfatı texnikalarını və texnoloji avadanlıqların alışına güzəşt tətbiq etməsi fermerlərə öz təsərrüfatlarını müasirləşdirmək üçün yaradılmış şəraitdir” – Zaqatalada keçirilən II Beynəlxalq fındıq, qoz və şabalıd festivalında iştirak edən Prior Leasing şirkətinin baş direktoru Azər Hümbətov sərgidə stend ilə iştiraklarının məqsədini açıqlayıb.

“Müasir texnologiyalar aqrar sahənin əsrlər boyu daşıdığı ağır yükü azaldır. Bu texnologiyalar sayəsində indi bir meyvə bağı təmizliyi, səliqəsi və iş mühiti ilə hər hansı müasir istehsalat sahəsindən heç nə ilə fərqlənmir.

Bizim məqsədimiz bu texnika və texnologiyaları fermerlərə tanıtmaq, dövlətin yaratdığı imkanlardan istifadə edərək bu texnikalara sahiblənmələrinə vasitəçi olmaqdır” – Lizinq şirkətinin nümayəndəsi deyib.

Festivalda bağçılığa aid texnikaları nümayiş etdirən şirkət fermerlərin güzəştli şərtlərlə texnika üçün müraciət etməsinə də şərait yaradıb. Prior Leasing stendində meyvəçiliklə məşğul olan fermerlərdən müraciətlər toplanılıb, texnikalar barədə məlumat verilib, kataloqlar paylanıb. 

Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə reallaşan festival sentyabrın 28-dən 30-dək davam edib.

“Prior Leasinq” ASC 2014-cü ildə təsis edilib. Əsas fəaliyyət növü damazlıq heyvan, kənd təsərrüfatı və tikinti texnikasının lizinqidir. Yerli fiziki şəxslər tərəfindən təsis edilmiş “Prior Leasing” Azərbaycanın bütün bölgələrində fermer və sahibkarla texnika satışı, lizinq və məsləhət xidməti göstərir.

https://oxu.az/society/334932

http://marja.az/news/48024

Baxış: 4265


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar