Bloq / Press


“Prior Leasing” Salyanda “Sahə Günü” keçirib

Salyan rayonunun Xurşud kəndində “Prior Leasing” şirkəti tərəfindən dünyaca məşhur traktor brendləri - “New Holland” və “Lovol” markalı traktorlarının sahə günü keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin kənd təsərrüfatı sektorunun müdiri Novruz Kazımov,  Salyan rayon DAİM-in sədri Tariyel Ağamalıyev,  rayon və ətraf regionlardan gələn fermerlər, şirkət nümayəndələri və başqaları iştirak ediblər.

Açılış nitqində tədbirin region əhalisi üçün vacibliyindən bəhs edən Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Kazımov və DAİM-in sədri Tariyel Ağamalıyev bildiriblər ki, belə tədbirlərin ölkəmizin ayrı-ayrı bölgələrində sıxlıqla keçirilməsi təqdirəlayiq təşəbbüsdür.

Daha sonra çıxış edən, “Prior Leasing” şirkətinin satış şöbəsinin müdiri Vüsal Mövsumov, “Grand Motors” ehtiyyat hissələri mağazalar şəbəkəsinin rəhbəri Emil Hüseynov qeyd ediblər ki,  sahə günlərinin keçirilməsində məqsəd ölkəmizə gətirilən texnikaları fermerlərin yerindəcə sınamaları, qərarsız qaldıqları məsələlərə daha tez aydınlıq gətirə bilmələri, kənd təsərrüfatı texnikaları ilə bağlı maarifləndirmə işlərinin bütün regionlarda aparılmasıdır.  Şirkət nümayəndələri bildiriblər ki, bu cür tədbirlər mütəmadi olaraq “Prior Leasing” tərəfindən ölkəmizin müxtəlif bölgələrində keçirilməyə davam edəcək.

Onu da qeyd edək ki, tədbirdə iştirak edən fermerlərə  maraqlandıqları texnikalarla test yürüşlər etmək fürsəti də verilib.

Baxış: 1930


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar