"Prior Leasing" komandası Uşaq festivalında iştirak etdi
1 iyun 2025-ci ildə Heydər Əliyev Mərkəzinin parkında Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Uşaq festivalı keçirildi.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda müxtəlif maraq dairələrinə uyğun əyləncə zonaları yaradıldı. "Aqrar zona"da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar verildi. “Prior Leasing” olaraq, tədbirdə iştirak edib, kiçik dostlarımızın, gələcəyin fermerlərinin yanında olduq. Uşaqlar festivalda nümayiş olunan traktorlarımıza böyük maraq göstərdilər. Onlar traktorlar haqqında maraqlı məlumatlar öyrənib, fotolar çəkdirdilər.
geri







