Bloq / Press


Yayda əkinçiliyə aid faydalı məsləhətlər

Yayda əkinçiliyə aid faydalı məsləhətlər

Fermerlər üçün ilin ən işlək mövsümü yaydır. Yayı qarşılayarkən fermerlər məhsulun nəmlənməsi və zərərvericilərdən qorumaq üçün tədbir görürlər. Bu məqsədlə “Bordo” məhlulu adlı dərmandan və dərmansəpən aqreqatlardan istifadə edirlər.

Kahı, ispanaq, kələm, noxud kimi həssas bitkilər temperatur yuxarı qalxdıqda əziyyət çəkir və bunları kölgədə saxlamaq vacibdir. Kölgə toru sistemi bitkiləri sərin saxlamaq üçün çox məşhurdur. Bu sistemlə havanın və torpağın temperaturunu normaldan 10° daha sərin saxlamaq mümkündür. Həmçninin bitkiləri intensiv günəş işığından qoruyur və nəm itkisini azaldır. Kölgə toru məhsuldan bir neçə sm yuxarıda tel şəklində tənzimlənən polad halqalar və ya taxta çərçivə üzərində dayanır.

Yayda, həmçinin fermerlər alaq otları ilə də mübarizə aparırlar. Alaq otları ilə uğurla mübarizə aparmaq üçün fermerlər bu sualların cavablarını bilməlidirlər:

  • Yabanı otlar yayın əvvəlində və ortasında cücərəcəkmi?
  • Toxumlar torpağın nə qədər dərinliyində cücərəcək?
  • Alaq otu nə qədər toxum verəcək?
  • Hansı alaq otları yayda, əkin zamanı problem yaradır?

Alaq otlarını idarə etmək üçün cücərmədən əvvəl herbisid tətbiq edilməlidir. Alçaq alaq otları üçün çöpdoğrayandan  istifadə olunur. Alaq otları nə qədər hündürdürsə, nəzarət etmək bir o qədər çətindir. Amma keyfiyyətli otbiçən  işinizi çox asanlaşdırar. Bu, ümumi məhsul istehsalına ciddi təsir edən amildir. Fermerlər, həmçinin əkin dövriyyəsi üsulu ilə də üzvi alaq otlarına qarşı mübarizə apara bilərlər. Örtük bitkilərinin əkilməsi; torpağın sağlam, balanslı və quru olmasını təmin etmək (torpağın sıxılması məhsulun gücünü azaldır və toxumlanmış alaq otlarının qarşısını alır, ona görə də yaş torpaqla işləmək adətən tövsiyə edilmir), cücərmədən əvvəl və sonra şumlamaqla alaq otları ilə mübarizə aparmaq olar.

Araşdırmalara əsasən, günəş radiasiyasının gün ərzində ən yüksək olduğu saatlar 10:00-15:00 arasıdır. Bu saatlarda təsərrüfatda işləmək adətən tövsiyə edilmir, lakin kondisionerli traktorunuz varsa, iş şəraitinizin keyfiyyətini yüksəldə bilərsiniz.

Fermerlər yay mövsümündə texnikalarını təmizləyərək və yoxlayaraq traktorlarının və aqreqatlarının məhsul yığımına hazır etməlidirlər. Bu dövr texnikaların təmirə, dəyişdirilməyə və təkmilləşdirməyə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün əhəmiyyətlidir. Əkinöncəsi planama əkinin məhsuldarlığına birbaşa təsir edən amildir.

Traktorlarınızı və aqreqatlarınızı yeniləmək üçün Priora gəlin. Çünki Prior texnikaları fermerlərə ENDİRİMLİ və HƏDİYYƏLİ kampaniyalar, 40 % dövlət güzəşti və 60 ayadək FAİZSİZ lizinq şərtləri ilə təklif edir.

Baxış: 4331


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar