Claas Dominator 130 (samandoğrayansız)
205000 ₼
In stockAgricultural equipment
Combines
Üstünlükləri:
- Dənli bitkilərdən qarğıdalıya və əksinə keçid üçün MULTICROP baraban altlığı
- Yüksək effektivliklə təmizləyən intensiv CLAAS küləşayıranı
- İstənilən bitkilər üçün mükəmməl texnika
- 20%-dək dikliyə malik yamaclarda işləmək üçün 3D-təmizləmə sistemi
- Almaniyada istehsal olunub: DOMINATOR 130 əvvəllər olduğu kimi, Xarzevinkeldəki əsas zavodda istehsal olunur və etibarlılığı və müntəzəm işləməsi ilə fərqlənir
CLAAS DOMINATOR 130 taxılyığan kombaynı:
- Rahat kabina
- Perkins mühərriki
- İntensiv küləşayıran
- Küləşxırdalayan
- Lövhəyəbənzər xəlbirlər/TM6 xəlbirləri
- 3D təmizləmə
- Radial ventilyator
- Taxıldöyən
- 4,27–4,57 metr götürüm eni olan taxılbiçən
- Sünbül qaldıran
- Saplaq bölən
- Kələfaçanın mexaniki ötürücüsü
- Hərəkət istiqamətinin hidravlik dəyişdirilməsi
Maksimal məhsuldarlıq
DOMINATOR öz üstünlüklərini min dəfələrlə sübuta yetirmiş CLAAS taxıldöyəni ilə təchiz olunub. Təmiz taxıl döyümü, taxılı ehtiyatlı emalı, samanın ən yaxşı soyulması və yüksək məhsuldarlıqlı separasiya sizə bugünkü bazarda tələb olunan taxılın yüksək keyfiyyətini təmin edəcək.
3-D yamacları düzləndirir
Buna CLAAS-ın işləyib hazırladığı 3-D təmizləmə sistemini əlavə etmək olar:
- Yuxarı xəlbirin idarə edilməsi hesabına yamacda dinamik düzləndirmə
- Hətta 20%-dək yana əyilmə zamanı məhsuldarlığın saxlanılması
- Aşınmır və texniki xidmət tələb etmir
- Avadanlığın asan və tez dəyişdirilməsi
İntensiv çırpılma
CLAAS intensiv küləşayıranları artıq uzun illərdir ki, özünün yüksək məhsuldarlığı ilə fərqlənir. Hər bir klavişdəki idarə olunan götürücü diş küləşi güclü şəkildə tutur, yumşaldır və onu əzir. Bunun sayəsində ayırma xeyli yaxşılaşır.
Optimal xırdalama
Küləşayıranın konstruksiyası sayəsində küləşin presləmə üçün optimal keyfiyyəti təmin olunur. Küləş tədarükü tələb olunmadıqda sadəcə xırdalayıcını işə salmaq olar. 40 ədəd bıçaq və 3300 dövr/dəq. fırlanma sürəti küləşin xırdalanmasının və onun taxılbiçənin bütün eni boyunca paylanmasının qeydinə qalacaq.