Gəlirliyi yüksək, riski az istiqrazlarımızı əldə edərək daha çox qazanmaq olar. İstiqrazların ümumi həcmi 1 milyon AZN olmaqla buraxılacaq.
Müraciət et ↗
İstiqrazlar bankın təminatı ilə təqdim olunur və investisiyanız qorunur.
İstiqraz gəlirlərindən vergi tutulmur, qazancınız tam olaraq sizə qalır.
Sabit faiz dərəcəsi ilə əvvəlcədən məlum və stabil gəlir əldə edirsiniz.
İstədiyiniz zaman alıb-sata bilərsiniz, vasitəniz daim əlçatan qalır.
İstiqrazlar — investora əvvəlcədən müəyyən edilmiş tarirlarda faiz gəlirini və istiqraz müddətinin sonunda əsas məbləği almaq hüququ verən qiymətli kağızlar.
İstiqrazların satışa çıxarıldığı ilk gündən buraxılışın bitmə tarixinə kimi olan zaman aralığı tədavül müddətidir. Bir buraxılış daxilində nə zaman satılmasından asılı olmayaraq, bütün istiqrazların bitmə tarixləri eyni olur. "Prior Leasing" istiqrazlarının tədavül müddəti 1 ildir (360 gün). Məsələn: Şirkətimiz 30 may 2026-cı ildə 1 il müddətinə müəyyən sayda istiqraz buraxıb. Siz isə bu tranşda buraxılmış istiqrazları oktyabrda almısınız. Bu halda, istiqrazlar növbəti ilin oktyabrına kimi deyil, tranşın bitmə tarixinə, yəni 25 may 2027-ci ilə qədər gəlir gətirəcək.
İstiqrazlarımız tədavül müddəti boyunca 15% gəlir qazandırır. Siz istiqrazları aldığınız tarixdən tədavülün bitmə tarixinə qədər bu faiz dərəcəsi ilə gəlir əldə edəcəksiniz. Məsələn: 1 il müddətinə olan buraxılışdan 1000 AZN dəyərində istiqraz almaq istəyirsiniz. Əgər istiqrazı buraxıldığı ay alsanız, siz hər ay 12,50 manat gəlir əldə edəcəksiniz. Yəni 12 ayın sonunda 1000 manata görə 150 AZN sizin olacaq. Əgər istiqrazı buraxıldığı ayda deyil, növbəti aylardan birində alsanız, o zaman geriyə qalan aylara uyğun gəlir əldə edəcəksiniz. Yəni istiqrazı buraxıldığı vaxtdan 6 ay sonra almısınızsa, geri qalan 6 ay üçün 75 AZN qazanacaqsınız.
Fiziki şəxs investorlar üçün hesablarını açmaq məqsədilə tələb olunan sənəd və məlumatlar aşağıdakılardır:
Hüquqi şəxs investorlar üçün hesablarını açmaq məqsədilə tələb olunan sənəd və məlumatlar aşağıdakılardır:
İnvestisiya şirkətinin qeydi: Tələb olunan sənədlər təqdim edildikdən sonra, imzalanması üçün hazırlanmış müqavilə, əlavələr və anketlər (hüquqi şəxs və benefisiarlar üçün) tərəfimizdən sizə təqdim olunacaq.